Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
29 sentyabr 2007 09:53 (UTC +04:00)
Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Cəlilabad rayonunun Qarazəncir kənd sakini Fail Qurbanovun idarə etdiyi “VAZ-21011” markalı 15 BF 618 dövlət nömrə nişanlı avtomobil Salyan şəhər sakini Yaşar Rüstəmovun idarə etdiyi “VAZ-2107” markalı 10 NV 146 dövlət nömrə nişanlı avtomobil toqquşub. Bu zaman arxadan gələn Masallı rayon sakini Mirqəni Həsənovun idarə etdiyi “VAZ-2107” markalı 44 BF 597 dövlət nömrə nişanlı avtomobil onlara çırpılıb. Nəticədə salyanlı sürücü Y. Rüstəmov və “VAZ-21-011”in sərnişini, Biləsuvar rayon sakini Aqil Xanıyev hadisə yerindəcə keçiniblər. Maşınlarda olan daha beş sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən onların vəziyyətinin kafi olduğu bildirilib. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində (RPŞ) cinayət işi açılıb, araşdırma aparılır. /APA/
Hadisə
Bakıda qəza törədən sürücü və yaxınları jurnalistlərə təzyiq göstəriblər - FOTO - VİDEO
03:15
5 may 2024
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
01:39
5 may 2024
Bakıda həkimə əri çoxsaylı bıçaq zərbəsi vurub
22:23
4 may 2024
Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - YENİLƏNİB
21:38
4 may 2024