Dəvəçidə iki qızı qətlə yetirməkdə ittiham olunan Təvəkkül İsmayılovun işlədiyi fermer təsərrüfatının başçısı da saxlanılıb

Dəvəçidə iki qızı qətlə yetirməkdə ittiham olunan Təvəkkül İsmayılovun işlədiyi fermer təsərrüfatının başçısı da saxlanılıb
# 01 oktyabr 2007 13:04 (UTC +04:00)
Dəvəçidə Məcidova bacılarını qətlə yetirərək həbs edilən Qələgah kənd sakini Təvəkkül İsmayılovun işlədiyi fermer təsərrüfatının başçısı Ənvər Müslümov saxlanılıb.
Ənvər Müslümov Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsi tərəfindən saxlandığı bildirilir. Dəvəçi rayon Polis Şöbəsinin rəis müavini Məmmədmusa Hüseynovun APA-nın şimal bürosuna verdiyi məlumata görə, Bakı şəhərində yaşayan Qələgah kənd sakini Ənvər Müslümov Dəvəçi rayon Polis Şöbəsində saxlandıqdan sonra dindirilmək üçün Bakıya aparılıb. O, mal-qara oğurluğunda və digər məsələlərdə şübhəli bilinir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR