Bank Of Baku

1 saylı Ruhi-Əsəb Xəstəxanasından qaçanlardan beşi xəstəxanaya qaytarıldıqdan sonra evə buraxılıb

1 saylı Ruhi-Əsəb Xəstəxanasından qaçanlardan beşi xəstəxanaya qaytarıldıqdan sonra evə buraxılıb
# 01 oktyabr 2007 13:18 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında 1 saylı Ruhi-Əsəb Xəstəxanasının baş həkimin müavini İlham Məmmədov deyib. Onun sözlərinə görə, xəstəxananı tərk edən 7 nəfərin hamısı geri qaytarılıb, onlardan 5-nin xəstəxanada stasionar şəkildə müalicə olunmağa ehtiyacı olmadığında evlərinə buraxılıb. Həmin şəxslərdən bir nəfərin ailəsi ilə münaqişəsi olduğunu deyən İ. Məmmədov onun evlərinə getməkdən imtina etdiyini və hazırda axtarıldığını bildirib: “Ailəsi onun evdə yaşamasını istəmir. Əsas problemlərdən biri budur ki, bu xəstələri evdəkilər görmək istəmir. Hazırda həmin xəstənin axtarışı davam edir. Xəstələrin xəstəxananı tərk etməsini də həmin şəxsin təşkil etdiyi ehtimal olunur”. İ. Məmmədov həmin şəxsləri xəstə kimi qələmə verilməsinin də düzgün olmadığını bildirib: “Həmin şəxslərin adlarının elan olunması qanunla qadağan olunub. Onlara xəstə kimi adlarını ictimaiyyətə açıqlamaq özü qeyri-qanunidir. Xəstələr adi əsasla müalicə olunan xəstələrdi, onlar bu günə kimi heç bir cinayət törətməyiblər. Onların heç bir ictimai təhlükəsi yoxdur”. Sabunçu rayonu Polis İdarəsi rəisinin müavini Musa Hacıyev isə APA-ya bildirib ki, xəstəxananı tərk edən xəstələrin hamısı xəstəxanaya təhvil verilib.
Qeyd edək ki, sentyabrın 26-da gecə saatlarında Sabunçu rayonundakı 1 saylı Ruhi-Əsəb Xəstəxanasından orada müalicə olunan 10 ruhi xəstə-İlham Quliyev, Vyaçeslav Yakubov, İnayət Hüseynov, Arzu Eyyubov, Rəfael Hüseynov, Oqtay Ağabalayev, Cəlal Şıxəliyev və digərləri xəstəxanadan qaçıb. Sonradan onlardan 5 nəfəri polis tərəfindən yaxalanaraq xəstəxanaya təhvil verilib, 3 nəfər isə könüllü olaraq qayıdıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR