Bank Of Baku

“Sübhan Trans”in yanacaq daşıyan maşını aşıb

“Sübhan Trans”in yanacaq daşıyan maşını aşıb
# 04 oktyabr 2007 08:03 (UTC +04:00)
Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Əli Bayramlı şəhər sakini, 1957-ci il təvəllüdlü Vəlixan Əliyevin idarə etdiyi ”Sübhan Trans” MMC-yə məxsus 10 JR 151 dövlət nömrə nişanlı “Mercedes” markalı maye qaz daşıyan maşın hərəkət istiqamətini itirərək yolun sağındakı su kanalına düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. İçərisində 17 ton maye yanacaq olan maşının kanaldan çıxarılması üçün bu gün Bakıdan xüsusi texnikanın göndəriləcəyi bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR