Bank Of Baku

Oktyabrın 2-də Bakı-Şamaxı yolunda baş vermiş yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub

Oktyabrın 2-də Bakı-Şamaxı yolunda baş vermiş yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub
# 04 oktyabr 2007 08:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bunlar 1960-cı il təvəllüdlü Xanbalayev Mübariz Yusif oğlu və 1975-ci il təvəllüdlü Əsgərov Zöhrab Əlixan oğludur. Qeyd edək ki, Bakı-Şamaxı yolunun At Yalı sahəsində “AzF.P.Co” MMC tərəfindən soyuducu anbarların tikintisi aparılan zaman baş verən yanğın hadisəsində iki nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Partlayışla nəticələnən yanğın xeyli ərazini əhatə edib. Xəsarət alanlar Qobustan rayonu Təklə Mirzəbaba kənd sakini, 1974-cü il təvəllüdlü Babaveyis Fəxrəddin oğlu Soltanov, Lənkəran rayonu, Nüvəndi kənd sakini, 1987-ci il təvəllüdlü Elnur Zahid oğlu Əliyev, Sabirabad sakini, 1980-ci il təvəllüdlü Fikrəddin İmaməli oğlu Əkbərov və Ağstafa rayon Yeni gün kənd sakini, 1985-ci il təvəllüdlü Murad Abdulla oğlu Orucovdur. Yaralılardan F. Əkbərovun vəziyyəti kafi olsa da, qalanlarının durumu ağır qiymətləndirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR