Bank Of Baku

Bərdə sakinini elektrik cərəyanı vurub

Bərdə sakinini elektrik cərəyanı vurub
# 04 oktyabr 2007 10:54 (UTC +04:00)
Ötən gün Bərdədə bədbəxt hadisə baş verib. Bərdə şəhəri, Koroğlu küçəsində yaşayan Kərimov Ramin Namiq oğlunu elektrik cərəyanı vurub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1998-ci il təvəllüdlü Ramin Kərimov “Qaraba𔝠kanalından elektrik generatoru ilə balıq tutmaq istəyən qohumlarının yanında olub və onu ehtiyatsızlıq ucbatından elektrik cərəyanı vurub. Sakinlərin sözlərinə görə, bəzi vətəndaşlar sözügedən kanaldan balıq tutmaq üçün işə salınan generatorun naqillərini suya atır, cərəyan şiddətinə dözə bilməyən balıqlar suyun üzünə çıxır. Sonra isə balıqlar toplanaraq istifadə olunur. Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR