Bank Of Baku

Polis 3 oğrunu həbs edib

Polis 3 oğrunu həbs edib
# 04 oktyabr 2007 13:05 (UTC +04:00)
Əli Bayramlı ŞPŞ əməkdaşları oğurluq faktının üstünü açıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rasim Babayevin mənzilindən açar seçmək yolu ilə 1 ədəd musiqi mərkəzi və məişət əşyaları oğurlamış Faiq Məmmədov və əvvəllər məhkum olunmuş Pünhan Tağıyev tutulub.
Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Azər Hüseynovu saxlayıb. O, Qazaxıstan vətəndaşı Baxıtcan Bleşbayevin mobil telefonunu oğurlayıb hadisə yerindən qaçmaqda təqsirləndirilir.
Sabunçu RPİ-nin 15-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zabrat qəsəbə sakini Mətanət Nəsibovaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını almış şəxs yaxalanıb. Bu, Cəlilabad rayon sakini Rövşən Dadaşovdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR