Bank Of Baku

Mal-qara oğurluğu ilə məşğul olan dəstə ifşa edilib

Mal-qara oğurluğu ilə məşğul olan dəstə ifşa edilib
# 04 oktyabr 2007 13:06 (UTC +04:00)
Mal-qara oğurluğu ilə məşğul olan dəstə ifşa edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Cinayət-Axtarış İdarəsi, Xanlar və Ağcabədi RPŞ əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş Kərəm Əliyevin ətrafında birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində onun 2006-cı il ərzində Bərdə rayon sakini Qardaşxan Bədəlov ilə birgə Ağcabədi rayon sakini Mülazim Balakişiyevə məxsus “Fərhad-91” fermer təsərrüfatından 4 baş qoyunu, Daşkəsən rayon sakini Ədalət Rəsulovla birgə Ağdaş rayonunda məskunlaşmış Ağdərə rayon sakini Sahib Meydanova məxsus 9 baş inəyi oğurladığı müəyyən edilib. Bu səbəbdən Q. Bədəlov və Ə. Rəsulov barəsində həbs-qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR