Bank Of Baku

Azərbaycanın sabiq millət vəkili əməliyyat olunub

Azərbaycanın sabiq millət vəkili əməliyyat olunub
# 04 oktyabr 2007 13:44 (UTC +04:00)
Bu barədə APA-ya H. Abdullayevin vəkili Cavanşir Süleymanov bildirib. Onun sözlərinə görə, Almaniyada əməliyyat olunan sabiq deputat artıq Bakıdadır. Vəkil onun səhhətinin normal olduğunu deyib.
Qeyd edək ki, H. Abdullayev Səbayel rayon Məhkəməsinin bu il mayın 18-də çıxardığı hökmlə iki il müddətində azadlıqdan məhrum edilib və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilərək barəsində 2 il sınaq müddəti müəyyən edilib. H. Abdullayev millət vəkili Fəzail Ağamalı ilə Milli Məclisdə aralarında baş verən insidentə görə, CM-in 127.2.1-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa az ağır zərər vurma), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 221.2.2 (xuliqanlıq) maddələri ilə ittiham olunub. Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Qərardan kassasiya şikayəti verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR