Bank Of Baku

Azərbaycanda dağ-xizək kurort kompleksinin inşasına 700 mln. dollar xərclənəcək

Azərbaycanda dağ-xizək kurort kompleksinin inşasına 700 mln. dollar xərclənəcək
# 04 oktyabr 2007 15:25 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib: “Hazırda kompleks tikiləcək sahədə təhqiqat işləri aparılır, 60-a yaxın araşdırıcı quyu qazılıb. Layihə son işlənmə mərhələsindədir və artıq menecment, promouşn və reklam şirkətləri yaradılır. Biz 1-5 il əvvəlcədən gözlənilən iqtisadi göstəriciləri hesablamalıyıq. Bu ilin oktyabr ayının 10-da xarici mütəxəssislərin Bakıya növbəti səfəri gözlənilir”, - deyə nazir vurğulayıb.
Ə.Qarayevin sözlərinə görə, bu layihədə dövlət investisiyaları yalnız infrastrukturun yaradılması və qaldırıcıların quraşdırılması ilə məşdudlaşacaq, digər komponentlər isə - mehmanxana təsərrüfatı, qidalanma, yaşayış və əyləncə sistemləri tenderdə qalib gəlmiş investor tərəfindən qurulacaq. Ümumilikdə, dövlət büdcəsindən 50 mln. dollara kimi vəsaitin xərclənməsi gözlənilir.
Qeyd edək ki, qaldırıcıların quraşdırılmasına dövlət gələn ilin aprel-may aylarında başlayacaq və buna paralel digər işlərin görülməsi ilə bağlı beynəlxalq tender elan olunacaq. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR