Bank Of Baku

Gəncədə kəhriz quyusunda aşkarlanan minaatan mərmisi Saloğlu təlim mərkəzində zərərsizləşdirilib

Gəncədə kəhriz quyusunda aşkarlanan minaatan mərmisi Saloğlu təlim mərkəzində zərərsizləşdirilib
# 05 oktyabr 2007 08:10 (UTC +04:00)
Bir həftə öncə Gəncənin “köhnə aeroport” adlanan ərazisində, “N” saylı hərbi hissənin arxa çəpərinin hərbi hissəyə aid olmayan çöl hissəsində 125 millimetrlik minaatan mərmisi aşkar edilib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin Xanlar regional bazasının region üzrə meneceri Namiq Məmmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, mərmi kəhriz quyusunda aşkar edilib. Quyuda işləyən sakinlər mərmini quyudan çıxarıb və bu barədə hərbi hissənin komandirinə xəbər veriblər. Hadisə hərbi hissə ərazisində baş vermədiyi üçün rəhbərlik müvafiq orqanlara müraciət edib: “Partlamamış sursatla bağlı bizə məlumat verildikdən sonra biz oraya baxış keçirtdik və sursatın 125 millimetrlik minaatan mərmisi olduğunu təyin etdik. Mərminin partlayıcı qurğusu üstündə olduğundan tam təhlükəli sayılırdı. Bizim əməliyyat qrupu mərmini həmin ərazidən götürərək xüsusi maşınla Ağstafanın Saloğlu kəndində apararaq burada partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş meydançada zərərsizləşdirib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR