Bank Of Baku

Paytaxt sakini olan qadından 112 qramdan artıq heroin götürülüb

Paytaxt sakini olan qadından 112 qramdan artıq heroin götürülüb
# 05 oktyabr 2007 12:32 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları vətəndaşlardan xeyli narkotik vasitə götürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Zəyəm qəsəbə sakini Qərib Məmmədov 1161,87 qram marixuananı Neftçala rayon sakini İlham Aslanova satarkən yaxalanıb. Əzizbəyov RPİ-nin 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qala qəsəbə sakini, əvvəllər məhkum olunmuş Novruz Sərdarov 5,68 qram marixuananı satarkən tutulub. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Mehman Soltanovdan 6 qram marixuana və 0,3 qram heroin, Əzizbəyov RPİ-nin 2-ci polis bölməsi əməkdaşları Binə qəsəbə sakini Mahir Qonşuyevdən 0,50 qram xaş-xaş qətranı götürüblər. Qaradağ RPİ və DİN Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ələt qəsəbə sakini, əvvəllər məhkum olunmuş Akif Əliyevdən 1,149 qram heroin tapılıb. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Almaz Eyyubovadan 0,541 qram heroin, evinə baxış zamanı əlavə 111,896 qram heroin aşkar edilərək götürülüb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR