Bank Of Baku

Yol qəzalarında iki DYP işçisi xəsarət alıb

Yol qəzalarında iki DYP işçisi xəsarət alıb
# 05 oktyabr 2007 12:38 (UTC +04:00)
Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Zığ yolu küçəsində Bakı şəhər sakini Nizaməddin Ağayev idarə etdiyi “Mercedes” markalı avtomaşınla 45-50 yaşlı kişini vuraraq hadisə yerindən qaçıb. Nəticədə həmin kişi hadisə yerində ölüb. Faktla bağlı Xətai RPİ-də ilkin əməliyyat-axtarış tədbirləri aparılır.
Xətai rayonundakı Nobel prospektində Xətai rayonundakı Nobel prospektində Bakı BPİ DYPİ Yol Patrul Xidmətinin inspektoru Romal Mustafayevin idarə etdiyi “BMV” markalı və Bakı şəhər sakini Miryusif Qədirovun idarə etdiyi “Hammer” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış R. Mustafayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. . Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
Nəsimi rayonundakı R. Behbudov küçəsində Bakı şəhər sakini Elvin Xudaverdiyev idarə etdiyi “Mersedes” markalı avtomaşınla yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün həmin ərazidə xidmət aparan Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Məzahir Fətəliyev tərəfindən saxlanma işarəsi verilib. Buna məhəl qoymayan E. Xudaverdiyev avtomaşını M.Fətəliyevin üstünə sürərək, ona yüngül xəsarət yetirib. M. Fətəliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR