Bank Of Baku

Dəvəçi rayon sakinləri Reyhanə və Nailə Məcidovları qətli ilə bağlı saxlanılan Ənvər Müslümova məxsus evdə axtarış aparılıb

Dəvəçi rayon sakinləri Reyhanə və Nailə Məcidovları qətli ilə bağlı saxlanılan Ənvər Müslümova məxsus evdə axtarış aparılıb
# 05 oktyabr 2007 12:52 (UTC +04:00)
Qeyd edək ki, qızları qətlə yetirdiyi artıq təsdiqlənən Təvəkkül İsmayılov son aylar Ə. Müslümova məxsus fermer təsərrüfatının başçısı olub. APA-nın şimal bürosunun Dəvəçi rayon Polis Şöbəsindəki mənbələrdən aldığı məlumata görə, Ə. Müslümov bir sıra məsələlərdə şübhəli bilinir. Axtarışlar zamanı onun evindən bir ədəd ov tüfənginin götürüldüyü bildirilir.
İşlə bağlı bu il oktyabrın 3-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Zakir Saatov Qələgah kəndində olaraq, bəzi sakinləri dindirib.
Qızların atası Zamir Məcidov isə Azərbaycan prezidenti İlham Əliyevə onu qəbul etməsi xahişi ilə müraciət edib. Eyni məzmunlu müraciət ölkənin birinci xanımı Mehriban Əliyevaya da ünvanlanıb.
Qeyd edək ki, bu il avqustun 6-da qətlə yetirilən Nailə və Reyhanə Məcidova bacılarından birincisinin meyiti avqustun 9-da Samur-Abşeron kanalından tapılsa da, Reyhanənin meyitinin aşkarlanması üçün aparılan əməliyyat-axtarış tədbirləri indiyədək nəticə verməyib. Valideynləri isə qızlarının sağ olduğuna inanırlar. Onlar Nailəyə məxsus olduğu bildirilərək, dəfn edilən meyitin ekskumasiya olunmasını, cinayət işinin istintaqının Respublika Prokurorluğundan alınaraq, Milli Təhlükəsizlik Nazirliyinə verilməsini tələb edirlər. Qətl hadisəsindən sonra Təvəkkül İsmayılovla yanaşı, onun qardaşları Elnur və Elçin də həbs olunublar.
Onu da əlavə edək ki, baş prokuror müavini Rüstəm Usubov bu günlərdə KİV-ə açıqlamasında Nailə və Reyhanə Məcidovaların İsmayılov qardaşları tərəfindən qətlə yetirildiyinin sübut olunduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR