Bank Of Baku

MTN və DİN əməkdaşları Zaqatalada vəhhabi Aslan Cumayevin evində axtarış aparıblar

MTN və DİN əməkdaşları Zaqatalada vəhhabi Aslan Cumayevin evində axtarış aparıblar
# 05 oktyabr 2007 14:21 (UTC +04:00)
APA-nın Şimal bürosunun məlumatına görə, vəhhabi təriqətinin üzvü olduğu bildirilən Cumayev Aslan Kərim oğlunun yaşadığı ev və həyətyanı sahədə aparılan axtarış saat yarım çəkib. Axtarışda MTN Zaqatala rayon şöbəsinin və yerli polisin dörd əməkdaşı və iki hal şahidi iştirak edib. APA-nın Şimal bürosunun Zaqatala rayon polis şöbəsindəki mənbədən aldığı məlumata görə, evdən qanunla qadağan olunmuş 32 ədəd kitab, 6 audio və videokasset götürülüb. Axtarış başa çatandan sonra Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq axtarış və götürülmə barədə protokol tərtib olunub. Aslan Cumayev axtarışdan sonra sərbəst buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR