Bank Of Baku

Müəllif Hüquqları Agentliyində qalmaqal baş verib

Müəllif Hüquqları Agentliyində qalmaqal baş verib
# 05 oktyabr 2007 15:26 (UTC +04:00)
Bu açıqlamanı APA-ya bu gün Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırılan Xudayat Həsənli verib. O, haqqında çıxarılan qərarı özbaşınalıq adlandırıb: “Müəllif Hüquqları Agentliyi dövlət qurumudur. Burada belə özbaşınalıq etməyə heç kimin ixtiyarı yoxdur. Mən guya vəzifəmi yerinə yetirə bilmədiyimə, “Dövlət qulluğu haqqında” qanunu pozduğuma görə tutduğum vəzifədən xaric olunmuşam. Amma mənim qanunu necə pozduğuma aydınlıq gətirilmir. Bu günə qədər işimdən narazılıq olmayıb, işdən Müəllif Hüquqları Agentliyinin sədrinin bir sıra təkliflərini qəbul etmədiyimə görə çıxarılmışam. Bu təkliflər qanundankənar, etikadan, yoldaşlıqdan kənar olduğu üçün mən onu qəbul edə bilmirəm. O, sadəcə olaraq idarəçiliyi bacarmır, kollektivin üzvlərini bir-birinə qarşı qoyur, dedi-qodu yaradır. Təsəvvür edin ki, nazir statuslu bir adam kollektiv üzvlərini bir-birinə qarşı qaldırır”. X. Həsənli hüquq şöbəsinin müdirinin vəzifəsindən uzaqlaşdırılmasının Müəllif Hüquqları Agentliyinin müraciət etdiyi məhkəmə çəkişmələri ilə əlaqədar olmasını da istisna etməyib. Bu günə qədər iclaslarda sədr tərəfindən həmişə tərifləndiyini deyən X. Həsənli haqqında çıxarılan qərarın hüquqi əsası olmadığını vurğulayıb. O, hüquqlarının müdafiəsi məqsədi ilə Prezidentin İcra Aparatına, eyni zamanda məhkəməyə müraciət edəcəyini bildirib. Məsələyə Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədovun münasibətini öyrənmək mümkün olmayıb. Fakta münasibət öyrənməyə çalışan APA-nın əməkdaşları idarədən uzaqlaşdırılıb. Qurumdan bildirilib ki, hazırda müşavirə olduğundan suallara cavab verilmək imkanı yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR