Bank Of Baku

ABŞ prezidenti Konqresdə müzakirəyə çıxarılan qondarma “erməni soyqırımı” layihəsinin qəbul olunmaması üçün əlindən gələni etdiyini bildirib

ABŞ prezidenti Konqresdə müzakirəyə çıxarılan qondarma “erməni soyqırımı” layihəsinin qəbul olunmaması üçün əlindən gələni etdiyini bildirib
# 06 oktyabr 2007 09:34 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, Ərdoğan Buşa xəbərdarlıq edib ki, ABŞ Konqresində müzakirəyə çıxarılan qondarma “erməni soyqırımı” layihəsi qəbul edilərsə, bu, ABŞ-Türkiyə münasibətlərinə ciddi zərbə vuracaq. Buna cavab olaraq ABŞ prezidenti sözügedən məsələnin onu da narahat etdiyini deyərək, layihənin qəbul olunmaması üçün əlindən gələni etdiyini bildirib. Bu barədə jurnalistlərə məlumat verən Ağ Ev sözçüsü Qordon Condro Corc Buşun mövqeyini bir daha təkrarlayıb: “1915-ci ildə baş verən hadisələrin soyqırım olub-olmadığına parlamentlər deyil, tarixçilər qərar verməlidir”.
Rəcəb Tayyib Ərdoğan ABŞ-ın keçmiş prezidenti Bill Klintona da zəng edərək, qondarma “erməni soyqırımı” layihəsinin Konqresdən keçməməsi üçün əlindən gələni etməyi xahiş edib. Qeyd edək ki, qondarma “erməni soyqırımı” layihəsi oktyabrın 10-da Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR