Bank Of Baku

Hökumət Evi ətrafında Daxili Qoşunların əsgərlərinin müşahidə olunması film çəkilişləri ilə bağlı olub

Hökumət Evi ətrafında Daxili Qoşunların əsgərlərinin müşahidə olunması film çəkilişləri ilə bağlı olub
# 06 oktyabr 2007 10:40 (UTC +04:00)
Bu isə əhali arasında təşvişə səbəb olub. Lakin sonradan bəlli olub ki, bu, film çəkilişləri ilə bağlıdır. APA-nın ərazidə olan əməkdaşının verdiyi məlumata görə, bu gün “Azərbaycan” prospektində “Günaydın, mələyim” filminin çəkilişləri aparılıb. Filmin ssenari müəllifi və rejissoru Oqtay Mirqasımov APA-ya açıqlamasında bildirib ki, filmdə cərəyan edən hadisələr müharibə həyatı ilə bağlıdır. Filmin qəhrəmanlarından birinin şəhid olduğunu deyən O. Mirqasımov döyüş səhnələri ilə bağlı kadrların da lentə alındığını bildirib. Onun sözlərinə görə, hazırda film çəkilişlərinin son mərhələsi və montaj işləri aparılır. Kinorejissor onu da qeyd edib ki, “Günaydın, mələyim” filminin çəkilişləri əsasən Bakı şəhərində, bəzi döyüş səhnələri isə bölgələrdə aparılıb. Filmin 2008-ci ilin mart ayında təhvil verilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR