Bank Of Baku

Maşın oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Maşın oğurluğu ilə məşğul olan dəstə yaxalanıb
# 08 oktyabr 2007 10:09 (UTC +04:00)
Bakı şəhərində maşın oğurluğu ilə məşğul olan dəstə yaxalanıb. Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin rəis müavini Bəxtiyar Mustafayev APA-ya bildirib ki, hazırda dəstə üzvlərindən Cəlilabad rayonu, Göytəpə kənd sakini 22 yaşlı Ruslan Novruzov, Bakı şəhər sakini 18 yaşlı Nizami Əkbərzadə və Gəncə şəhər sakini 18 yaşlı Elvin Namazov tutulub. Onun sözlərinə görə, adları çəkilən şəxslər bu il oktyabrın 4-də saat 23:00 radələrində “Azneft” meydanında Göyçay rayon sakini Zaur Mustafayevin idarə etdiyi 10 LV 292 dövlət nömrə nişanlı, “Mercedes-200” markalı avtomobilinə minərək Lökbatan-Xocahəsən yolunun kənarında başına kəndir keçiriblər və maşınını əlindən alıb, Salyan rayonu istiqamətində qaçırıblar. Onlar Yol Patrul Xidməti (YPX) əməkdaşlarının əmrinə də tabe olmayıblar. Cinayətkarları Salyan rayon YPX əməkdaşları tərəfindən yaxalaya bilib. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlayıb. Saxlanılan şəxslər barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Rəis müavini dəstə üzvlərinin sayının 10 nəfərədək olduğunu və daha bir neçə cinayətdə iştirakını istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR