Bank Of Baku

Dəvəçidə ölümlə nəticələnən yol qəzası baş verib

Dəvəçidə ölümlə nəticələnən yol qəzası baş verib
# 08 oktyabr 2007 12:51 (UTC +04:00)
Dünən axşam 22.00 radələrində Dəvəçi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Dəvəçi rayon polis şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Dəvəçinin Aygünlü kənd sakini Mursaqulu Salmanovun idarə etdiyi “QAZ-53” markalı maşınla Bakı şəhərinin Sabunçu rayon sakini Şərakət Məmmədrəsulovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub. Nəticədə “Opel”də olan iki sərnişin - Quba rayon sakini Hacıbalayev Hacıbala və Dağıstan Respublikasının vətəndaşı Səlim Qələmdarov hadisə yerində keçiniblər. Maşınların sürücüləri və “Opel”də olan daha iki sərnişin Siyəzən və Dəvəçi xəstəxanalarına çatdırılıb. Faktla bağlı Dəvəçi prokurorluğu araşdırma aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR