4 oğurluq faktının üstü açılıb
08 oktyabr 2007 14:07 (UTC +04:00)
Avtomobildən oğurluq etməyə cəhd göstərən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 5-də Ə. Cəmil küçəsində naməlum şəxs Bakı şəhər sakini Mətin Talışlıya məxsus “Subaru” markalı avtomaşından şüşəni sındırmaq yolu ilə idman çantasını oğurlamağa cəhd göstərib. Yasamal RPİ-nin 28-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Fariz Sadıqov tutulub.
Sumqayıt ŞP-nin əməkdaşları şəhər sakini Tofiq Əmiraslanovu saxlayıb. T. Əmiraslanov oktyabrın 6-da 4-cü mikrorayon ərazisində şəhər sakini Tural Məhərrəmova qarşı zor tətbiq edərək 60 manatını və mobil telefonunu almaqda təqsirləndirilir.
Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Elşad Tağıyevi saxlayıb. O, oktyabrın 6-da Gəncə prospektindəki 89 saylı binada liftin mühərrikinin mis sarğılarını sökərək oğurlamağa cəhd göstərib.
Lənkəran ŞRPŞ əməkdaşları isə Lənkəran rayon “Balıq” Səhmdar Cəmiyyətinə məxsus konserv sexindən elektrik avadanlıqlarını sökərək oğurlayan şəxsi həbs edib. Bu, rayon sakini Rasim Cavadovdur. /APA/

Hadisə
Dələduzluğa görə həbsdə olan Səbuhi Rəcəb yenidən məhkəmə qarşısına çıxarılır
17:25
4 iyun 2024
Naxçıvanda 6 mərmi aşkar edilib - FOTO
17:16
4 iyun 2024
Prokurorluqda təyinatlar olub, Füzuli və Cəbrayılın prokurorları dəyişib
16:30
4 iyun 2024
Bakıda 3 nəfərdə 11 kq narkotik aşkarlanıb
16:14
4 iyun 2024