Bank Of Baku

Bu il Qərb bölgəsində 44 kiloqram narkotik maddə müsadirə edilib

Bu il Qərb  bölgəsində 44 kiloqram narkotik maddə müsadirə edilib
# 08 oktyabr 2007 14:09 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində Qərb bölgəsində 36 fakt üzrə ümumilikdə 44 kiloqram narkotik maddə müsadirə edilib. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəis müavini, polkovnik-leytenant Rafael İsmayılovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, əldə olunmuş 44 kiloqram narkotik maddənin 41 kiloqram 810 qramı marixuana, 2.784 kiloqramı geroin, 208 qramı həşiş, 2.5 qramı tiryəkdir. Bununla yanaşı bu il ərzində “Xaşxaş” adı altında keçirilən əməliyyatlar nəticəsində 74 ton çətənə kolları aşkar olunaraq yandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR