Bank Of Baku

Güclü külək Şəkinin enerji təchizatını iflic vəziyyətə salıb

Güclü külək Şəkinin enerji təchizatını iflic vəziyyətə salıb
# 05 noyabr 2007 08:37 (UTC +04:00)
Güclü külək Şəkinin enerji təchizatını iflic vəziyyətə salıb, yaşayış obyektlərinə ciddi ziyan dəyib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iki gün əvvəl respublika ərazisində müşahidə olunan güclü külək Şəki rayonuna da ciddi ziyan vurub. Çoxlu sayda iri gövdəli ağacın aşması nəticəsində elektrik dirəkləri sıradan çıxıb. Rayonun mərkəzinə və mərkəzə yaxın kəndlərə elektrik enerjisinin verilməsi 12 saatdan bərpa edilsə də, lakin bəzi kəndlərə elektrik enerjisinin verilməsində yaranmış olan məhdudiyyətlər hələ də aradan qaldırılmayıb. Güclü külək həmçinin rayonun yaşayış obyektlərinə də ciddi ziyan vurub və ona yaxın evin dam örtüyünü külək aparıb. Şəki Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Valeh Ələkbərovun verdiyi məlumata görə, hazırda güclü külək nəticəsində rayona dəymiş ziyan hesablanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR