Bank Of Baku

Şəkidə qarətçiliklə məşğul olan iki qaraçı tutulub

Şəkidə qarətçiliklə məşğul olan iki qaraçı tutulub
# 05 noyabr 2007 08:37 (UTC +04:00)
Şəkidə oğurluqla məşğul olan Yevlax rayon sakinləri həbs edilib. Şəki Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində rayonda qarətçiliklə məşğul olan qrup üzvləri zərərsizləşdirilib. RPŞ-dən bildirilib ki, saxlanılan şəxslər milliyyətcə qaraçı olan Yevlax rayon sakinləri 1972-ci il təvəllüdlü Ramin Arzuman oğlu Abışov və 1982-ci il təvəllüdlü Elşən Koroğlu oğlu Bayramovdur. Onlar Şəkidə bir neçə evi qarət etməkdə, evlərdən çoxlu miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunurlar. Saxlanılan şəxslərin barəsində Şəki RPŞ-də CM-nin 177.2.3 maddələri ilə cinayət işi başlanıb və araşdırmalar davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR