Bank Of Baku

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib
# 05 noyabr 2007 08:38 (UTC +04:00)
Ələt-Astara avtomobil yolunun 203-cü kilometrliyində Lənkəran rayonunun Velədi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Zaur Yaşar oğlu Tahirovun idarə etdiyi “QAZ-2410” markalı, 42 BE 842 dövlət nömrə nişanlı avtomaşın Lənkəran şəhərin ilə Velədi kəndini birləşdirən 24 metrlik körpüdən aşaraq Lənkərançaya düşüb. Nəticədə avtomaşının sürücüsü və sərnişinlər, Lənkəran şəhər sakinləri, 1978-ci il təvəllüdlü Asif Mirzəhüseyn oğlu Məmmədov, 1977-ci il təvəllüdlü İdrak və 1979-cu il təvəllüdlü Vüsal Fətəli oğlu Rzayevlər, 1986-cı il təvəllüdlü Aysel Həbib qızı Məmmədova müxtəlif bədən xəsarəti ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. MRX-dən APA-nın cənub bürosuna onların vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR