Bank Of Baku

Azərbaycanda bir nəslin 14 üzvünün ölümü, 4-nün isə yaralanması ilə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB-2

Azərbaycanda bir nəslin 14 üzvünün ölümü, 4-nün isə yaralanması ilə nəticələnən yol qəzası baş verib - <font color=#FF0000>YENİLƏNİB-2</font>
# 05 noyabr 2007 10:57 (UTC +04:00)
Qaradağ rayon Polis İdarəsindən APA-ya bildirib ki, sərnişinləri toydan gətirən Ələt qəsəbə sakini, 1965-ci il təvəllüdlü Babayev Atakişi Şahbaz oğlunun idarə etdiyi “Mercedes” markalı 10 LP 429 qeydiyyat nişanlı mikroavtobus İmişli rayon sakini, 1987-ci il təvəllüdlü Alışov Xaliq Eynulla oğlunun idarə etdiyi “KamAZ” markalı 20 CF-194 dövlət qeydiyyat nişanlı avtomaşına arxadan çırpılıb. Nəticədə Ələt qəsəbə sakinləri “Mercedes”in sürücüsü Babayev Atakişi Şahbaz oğlu, sərnişinlər Babayev Zabil Şahbaz oğlu, Babayev Rahilə Şahbaz qızı, Babayev Şahbaz Atakişi oğlu, Babayevə Əskinaz Qayıl qızı, Babayeva Fidan Pərviz qızı, Şirəliyev Vaqif Tanrıverən oğlu, Babayevə Təranə Şirməmməd qızı, Məmmədova Gövhər Əzizbala qızı, Rüstəmova Lalə İsbat qızı, Babayev Zaur Zabil oğlu, Kərimli Xalid Ağazadə oğlu, Babayev Bəhruz Ağakişi oğlu dünyasını dəyişib. Mikroavtobusun digər sərnişinləri Niyazov Pərvin Pərviz qızı, Niyazov Nicat Sovqat oğlu, Qurbanov Qorxmaz Zərbala oğlu və Məmmədrzayev Xəlil Rüstəm oğlu isə yaralanıblar.
Qaradağ rayon prokuroru Tariyel Qurbanov isə APA-ya bildirib ki, həlak olanlardan 4-ü azyaşlı uşaq, 4-ü ortayaşlı kişi, 6-sı isə qadındır. Prokurorun sözlərinə görə, xəsarət alan 4 nəfər isə Ələtdəki Hərbi Hospitala yerləşdirilib. T. Qurbanov deyib ki, faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin rəisi Yaşar Haqverdiyev APA-ya açıqlamasında hadisə yerinə müstəntiqin ezam olunduğunu deyib. Onun sözlərinə görə, meyitlər və avtomobillər ekspertizadan keçiriləcək, yalnız bundan sonra hadisənin təfərrüatları barədə dəqiq məlumat açıqlanacaq./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR