Bank Of Baku

Güclü külək Göyçayda əhalinin işıq və qazla təminatında fasilələr yaradıb

Güclü külək Göyçayda əhalinin işıq və qazla təminatında fasilələr yaradıb
# 05 noyabr 2007 09:37 (UTC +04:00)
Güclü külək Göyçay rayonunda əhalinin işıq və qazla təminatında fasilələr yaradıb. Göyçay Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Ramiz İbrahimovun APA-nın Aran bürosuna verdiyi məlumata görə, noyabrın 3-dən 4-nə keçən gecə əsən güclü küləyin faciəyə yol açmaması üçün rayon sakinlərinin işıq və qazla təminatı dayandırılıb. Buna baxmayaraq, bəzi yerlərdə işıq və rabitə dirəkləri sıradan çıxıb. Rayonun Əli Kərim küçəsində isə iri çinar ağacı aşaraq su kanalının qarşısını kəsib. Nəticədə su yaxınlıqdakı evə dolub. R. İbrahimov qeyd edib ki, ilkin hesablamalara görə, külək rayona 400 min manat ziyan vurub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR