Bank Of Baku

Kafedən oğurluq edən şəxslərdən narkotik tapılıb

Kafedən oğurluq edən şəxslərdən narkotik tapılıb
# 05 noyabr 2007 11:18 (UTC +04:00)
Şübhəli şəxs qismində saxlanılmış şəxslərdən narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 3-də Gəncə şəhər sakinləri Murad Əzizov, Aslan Bayramov, Eldəniz Quliyev və Keşlə qəsəbə sakini İlqar Sadıqov şübhəli şəxs qismində Xətai RPİ-nin 37-ci polis bölməsinə gətirilib. Onların üzərinə baxış zamanı M. Əzizovdan 0,215 qram, A. Bayramovdan isə 0,224 qram heroin aşkar edilərək götürülüb. Ətraflarında keçirilmiş əməliyyat tədbirləri nəticəsində onların oktyabrın 30-da NZS qəsəbəsində Sərxan İsmayılova məxsus “Şərur” kafesindən 1 ədəd samovar və 150 manat pul oğurlaması müəyyən edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR