Bank Of Baku

Yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər yaralanıb
# 05 noyabr 2007 11:20 (UTC +04:00)
Biləsuvar rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Aşağı Cürəli kəndində Astara rayon sakini Rəsman Cəlilov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını qarşıda gedən kənd sakini Cavanşir Babayevin idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna vurub. Nəticədə R. Cəlilovun sərnişinlərindən, həmyerlisi Ramil Məhərrəmov hadisə yerində ölüb, xəsarət almış İlqar Mürsəlov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Gəncə şəhərində Bakı şəhər sakini Vaqif Baxşəliyev idarə etdiyi “Mercedes” markalı avtomaşını aşırıb. Nəticədə sərnişini, Bakı şəhər sakini Bünyamin Rüstəmov hadisə yerində ölüb, xəsarət almış V. Baxşəliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Kəpəz RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR