Bank Of Baku

İki məcburi köçkünü elektrik cərəyanı vurub

İki məcburi köçkünü elektrik cərəyanı vurub
# 05 noyabr 2007 11:47 (UTC +04:00)
Bərdədə bədbəxt hadisə baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1954-cü il təvəllüdlü Ələkbər Əbdüləli oğlu Səlimovu təsərrüfat işləri ilə məşğul olarkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Nəticədə Ə. Səlimov yerindəcə keçinib.
Digər bədbəxt hadisə isə Əzizbəyov rayonunda baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Mərdəkan qəsəbəsi ərazisində məskunlaşmış Şuşa rayon sakini Tükəzban İbrahimovanı evində elektrik cərəyanı vurub. Nəticədə T. İbrahimova ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR