Bank Of Baku

Oğurluqla məşğul olan 2 nəfər həbs edilib

Oğurluqla məşğul olan 2 nəfər həbs edilib
# 06 noyabr 2007 12:18 (UTC +04:00)
Bakıda daha bir telefon oğrusu həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Çevik Polis Alayı və Yasamal RPİ əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Şərifzadə küçəsində Bakı şəhər sakini Gülnur İsmayılovaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış həmyerlisi Nicat Hacıyev saxlanılıb.
Ağdaş RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Maşad kəndində Goranboy rayon sakini Yusif Səfərova məxsus “VAZ-2107” markalı avtomaşından şüşəni sındırmaq yolu ilə maqnitofon, səsgücləndirici və geyim əşyalarını oğurlamağa cəhd göstərmiş Mingəçevir şəhər sakini Anar İsmayılov tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR