Bank Of Baku

Yol qəzalarında 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Yol qəzalarında 1 nəfər ölüb, 9 nəfər yaralanıb
# 06 noyabr 2007 12:30 (UTC +04:00)
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Horadiz qəsəbəsində Əhmədbəyli kənd sakini İlkin Yusifov idarə etdiyi “VAZ-2107” markalı avtomaşını aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ. Yusifov orada vəfat edib. Faktla bağlı Füzuli RPŞ-də araşdırma aparılır.
Şamaxı rayonunun Sabir qəsəbəsində Çaylı kənd sakini Akif Cavadovun idarə etdiyi “VAZ-2101” və Tərtər rayon sakini Mobil Abbasovun idarə etdiyi “QAZ-53” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış A. Cavadov və sərnişinləri - həyat yoldaşı Gülər, oğlu Fərid, gəlini Arzu və nəvəsi Telman xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı Şamaxı RPŞ-də araşdırma aparılır.
Ağcabədi rayonunda Ağdam rayon sakini Elnur Tağıyevin idarə etdiyi “VAZ-21063” və Laçın rayon sakini Nizami Şirinovun idarə etdiyi “VAZ-2121” markalı avtomaşınlar toqquşub. Nəticədə N. Şirinovun sərnişinləri - Laçın rayon sakinləri Zəhra Allahverdiyeva, Vəzifə Əlvandova və E. Tağıyevin sərnişini, Xocavənd rayon sakini Rizvan Balakişiyev xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR