Bank Of Baku

Biləsuvarda bir nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

Biləsuvarda bir nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 07 noyabr 2007 10:18 (UTC +04:00)
Biləsuvar rayonunda bir nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, rayonun Xırmandalı kəndində Lerik rayon sakini Dadaş Əhmədovun idarə etdiyi "QAZ-31" markalı maşınla Masallı rayon sakini Həmid Ağacanovun idarə etdiyi "Mercedes-190" markalı avtomaşın toqquşub. Nəticədə “Mercedes-190” markalı maşında olan Masallı rayon sakini Əli Mehdiyev hadisə yerində ölüb, Fiqumə Mehdiyeva, Zöhrab Mehdiyev, Sona Mehdiyeva, Xalid Mehdiyev, Rəhman Mehdiyev isə yaralanıblar. “QAZ-31” markalı maşında olan Lerik rayon sakinləri Rəqsanə Əhmədova, Rüfət Əhmədov, Günay Əhmədova və Sergey Qurkunov da xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR