Bank Of Baku

Millət vəkili Qüdrət Həsənquliyevin qardaşının qətlinin iştirakçılarından daha biri həbs edilib

Millət vəkili Qüdrət Həsənquliyevin qardaşının qətlinin iştirakçılarından daha biri həbs edilib
# 07 noyabr 2007 11:22 (UTC +04:00)
Polis orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, H. Babayev Bakının Nizami rayonu ərazisində Nizami rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktı Həsənquliyevin ailəsindən də təsdiqləyiblər. Ailədən onu da bildiriblər ki, H. Babayevlə bağlı Milli Təhlükəsizlik Nazirliyinin apardığı xüsusi araşdırma zamanı onun qardaşının həmin nazirlikdə işlədiyi bəlli olub. Lakin qardaşı Həşim Babayevin Rusiya ərazisinə qaçdığını, ailədə kimsənin onun yerini bilmədiyini də deyib: “İndi məlum olub ki, o, Nizami rayonu ərazisində gizlədilib. Onun gizlənməsinə isə MTN-də işləyən qardaşı və vaxtilə Bakı Neft Emalı zavodunda baş mühasib işləmiş, Rəsul Quliyevin yaxın tərəfdarlarından olan milyonçu dayısı Ramiz Babayev himayədarlıq edib”.
Qeyd edək ki, N. Həsənquliyev 2001-ci il iyunun 1-də “Azərenerji” Səhmdar Cəmiyyətinin sabiq prezidenti Müslüm İmanovun oğlu Kamal İmanova məxsus “Avtodoktor” servis xidmətində qətlə yetirilib. Həşim Babayev isə həmin müəssisənin baş direktoru olub və hadisə baş verən zaman müəssisədə olub.
Hadisə ilə bağlı qətlin icraçısı Anar İsmayılov həbs edilib. O, mərhumun ailəsinə müraciətində bu qətli Kamal İmanovun sifarişi ilə həyata keçirdiyini təsdiqləyib.
Hadisə ilə bağlı 2001-ci ildən etibarən K. İmanov və H. Babayev barəsində axtarış elan olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR