Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda uçurulan evin altı sümüklərlə doludur

Qubadakı kütləvi məzarlıqda uçurulan evin altı sümüklərlə doludur
# 07 noyabr 2007 15:35 (UTC +04:00)
Qubadakı kütləvi məzarlıqda arxeoloji qazıntılar aparan ekspedisiyanın tədqiqatlarına maneçilik törədən ev sökülərkən uçub və tədqiqat sahəsinin mühafizəsi məqsədilə inşa edilən qoruyucu örtüyün bir hissəsini dağıdıb. Kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayevin APA-ya verdiyi məlumata görə, örtüyün bərpası artıq başa çatdırılır: “Biz evin tikildiyi ərazidə dərhal arxeoloji qazıntılara başladıq və ilkin olaraq 6 insan kəlləsi və sümükləri aşkarlandı. Cəmi 45 sm dərinlikdə qazsaq da, evin altının başdan-başa sümüklərlə dolu olduğunu gördük. Tədqiqatları hökmən davam etdirməliyik”. Ekspedisiya rəhbəri bildirib ki, pis hava şəraitinə və Qubada qar yağdığına görə bu gün müvəqqəti dayandırılan arxeoloji qazıntılar hava şəraiti imkan verən kimi davam etdiriləcək.
Qeyd edək ki, son məlumata görə, qazıntılar zamanı aşkarlanan kəllələrin sayı 157-yə çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR