Bank Of Baku

İsmayıllı sakininin evindən külli miqdarda silah-sursat aşkarlanıb

İsmayıllı sakininin evindən külli miqdarda silah-sursat aşkarlanıb
# 08 noyabr 2007 11:38 (UTC +04:00)
İsmayıllı rayon sakininin evindən külli miqdarda silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Cinayət-Axtarış İdarəsi və İsmayıllı RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Xanagah kənd sakini Nəbi Əhmədovun evinə baxış zamanı 1 ədəd “TOZ-8” tüfəngi, 1 ədəd nömrəsi silinmiş “Karabin” silahı, 1 ədəd ov tüfəngi, 1 ədəd “F-1" qumbarası, 99 ədəd müxtəlif çaplı patron və 1 ədəd ov tüfəngi üçün bel kəməri aşkar edilərək götürülüb. Faktla əlaqədar N. Əhmədov saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR