Bank Of Baku

Yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər yaralanıb
# 08 noyabr 2007 11:57 (UTC +04:00)
Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Etibar Əhədov idarə etdiyi “Otoyol” markalı avtomaşınla Binəqədi qəsəbə sakini Kəmalə Xəlilovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş K. Xəlilova orada vəfat edib. Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
Cəlilabad rayonunun Göytəpə şəhərində Biləsuvar rayon sakini Qərib Bayramovun idarə etdiyi “QAZ-3112” və Salyan rayon sakini Şükür Hüseynovun idarə etdiyi “Toyota” markalı dövlət qeydiyyat nömrə nişanları olmayan avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü və Q. Bayramovun sərnişini, həmyerlisi Sadatxan Paşayev xəstəxanaya yerləşdirilib. S. Paşayev orada ölüb. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Şamaxı şəhərində Türkiyə vətəndaşı Ali Baylan idarə etdiyi “Mercedes-190” markalı avtomaşını yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə xəsarət almış A. Baylan və sərnişini, həmyerlisi Kamal Ərən xəstəxanaya yerləşdirilib. K. Ərənin vəziyyəti ağır, A.Baylanın vəziyyəti isə qənaətbəxşdir. Faktla bağlı Şamaxı RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR