Bank Of Baku

Beyləqanda narkotik alverçisi tutulub

Beyləqanda narkotik alverçisi tutulub
# 08 noyabr 2007 12:12 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşları Şüvəlan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Həsənovdan 0,209 qram heroin, Xətai RPİ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Süleyman Məmmədovdan 0,211 qram heroin götürüblər. Beyləqan RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Hüseyn Mustafayev 0,160 qram heroini Mayak qəsəbə sakini Sadiq Zeynalova satarkən tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR