Bank Of Baku

Kanala düşüb boğulan 22 yaşlı Xaçmaz sakininin cəsədinin axtarışları davam edir

Kanala düşüb boğulan 22 yaşlı Xaçmaz sakininin cəsədinin axtarışları davam edir
# 09 noyabr 2007 09:21 (UTC +04:00)
Xaçmaz rayon polis şöbəsinin əməkdaşları noyabrın 7-dən 8-nə keçən gecə Xan arxının Gədəkli kəndi ərazisindən keçən hissəsinə düşərək öldüyü güman olunan 22 yaşlı Çinartala kənd sakini İftixar Hümmətovun cəsədi axtarmaqda davam edir. Yerli polis şöbəsindən APA-nın Şimal bürosuna verilən məlumata görə, hadisə baş verən yerin yaxınlığında İftixaqr Hümmətovun idarə etdiyi “Qazel” markalı yük maşını tapılıb. İlkin məlumata görə, sürücü maşını təmir edərkən ehtiyatsızlıqdan kanala düşüb. Mərhumun qohumları isə hadisənin təsadüfən baş vermədiyini, İftixar Hümmətovun naməlum şəxslər tərəfindən kanala atıldığını iddia edirlər. Lakin, hüquq-mühafizə orqanları bu versiyanı təsdiqləmirlər. Faktla bağlı Xaçmaz rayon prokurorluğu cinayət işi başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR