Bank Of Baku

Maştağada baş verən yol qəzasında qardaşla bacı həlak olub

Maştağada baş verən yol qəzasında qardaşla bacı həlak olub
# 09 noyabr 2007 10:40 (UTC +04:00)
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Maştağa qəsəbəsində Nardaran qəsəbə sakini Nəcəf Ələsgərov idarə etdiyi “Nissan” markalı avtomaşınla həmyerliləri Vasif İsmayılovu və onun bacısı Nigarı vurub. Nəticədə V.İsmayılov və Nigar hadisə yerində keçinib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun Hökməli kəndində Hacıqabul rayon sakini Elman Baxışovun idarə etdiyi “MAZ”, Bakı şəhər sakini Elşən Abdullayevin idarə etdiyi “Mercedes” və Qobu qəsəbə sakini Elmar Şirinovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşub. Nəticədə E. Baxışov və E. Abdullayevin sərnişinləri - Bakı şəhər sakinləri Rövşən Abdullayev, Elçin Cəfərov və Elşən Cəfərov hadisə yerində ölüb, xəsarət almış E.Abdullayev, E.Şirinov və E.Baxışovun digər sərnişini, Lerik rayon sakini Fərid Həsənov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
Daşkəsən rayonunun Bayan kəndində Gürcüstan vətəndaşı Valeh İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomaşını aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.İsmayılov orada vəfat edib.
Ağdaş rayonunun Qarağan kəndində Şəki şəhər sakini Hikmət Qəhrəmanovun idarə etdiyi “KamAZ” və Bakı şəhər sakini Zaur Məmmədovun idarə etdiyi “Opel” markalı avtomaşınlar toqquşub. Nəticədə Z. Məmmədov hadisə yerində dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR