Bank Of Baku

Ağdaş sakinindən 3 kiloqramdan artıq marixuana götürülüb

Ağdaş sakinindən 3 kiloqramdan artıq marixuana götürülüb
# 09 noyabr 2007 11:14 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr və ov tüfəngləri götürülüb. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları rayon sakinləri Mehrab Gülüşov və Bəxtiyar Əzizovdan hərəsindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri götürüb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Əli Bayramlı şəhər sakini Mehdi Babazərovdan 10,456 qram heroin, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları Ağdaş rayon sakini Rövşən Hacıyevdən 3 kiloqram 0,25 qram marixuana, Nərimanov RPİ 17-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Rövşən Məmmədovdan 0,233 qram heroin götürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR