Bank Of Baku

Rusiyada təyyarədən düşərək ölən gəncin Bakının Zabrat qəsəbəsinin itkin düşən sakini olduğu tam təsdiqlənib

Rusiyada təyyarədən düşərək ölən gəncin Bakının Zabrat qəsəbəsinin itkin düşən sakini olduğu tam təsdiqlənib
# 09 noyabr 2007 14:42 (UTC +04:00)
İ. Haşımovun atası Hüseynqulu Haşımov APA-ya bildirib ki, Moskva şəhərində onun qanından DNT (gen) analizi götürülüb və həmin şəxsin İlqar Haşımov olduğu müəyyənləşib. O, oğlunun meyitini Azərbaycana gətirərək bu gün dəfn etdiyini vurğulayıb.
Qeyd edək ki, İ. Haşımov oktyabrın 12-də səhər saat 09.30 radələrində iş axtarmaq məqsədilə evdən çıxıb və geri qayıtmayıb. Oktyabrın 17-də isə Rusiyada “Domodedovo” aeroportu yaxınlığında naməlum yeniyetmə təyyarənin bortundan yerə düşüb, onun meyiti buzlu olub. İlkin araşdırma zamanı cibindən Bakı metropolitenində istifadə olunan jeton aşkarlanan yeniyetmənin havanın temperaturunun aşağı olması səbəbindən donaraq öldüyü bəlli olub. Azərbaycan və Rusiya hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı nəticəsində bu şəxsin İlqar Həşimov olması barədə ehtimallar ortaya çıxıb, onun atasının Moskvaya aparılaq, qanından analiz alınması ilə isə ehtimallar təsdiqini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR