Bank Of Baku

Bakıda maşın qaçıran Masallı sakininin həbs olunması üçün əməliyyat tədbirləri keçirilir

Bakıda maşın qaçıran Masallı sakininin həbs olunması üçün əməliyyat tədbirləri keçirilir
# 10 noyabr 2007 11:05 (UTC +04:00)
Saat 12.00 radələrində Masallı şəhərinin ərazisində, Qarabağ küçəsində dövlət tanınma nişanları olmayan "VAZ-2108" markalı, gümüşü rəngli avtomaşın aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının Ramiz Əliyevə məxsus olduğu və Bakı şəhər sakini Asif Abışov tərəfindən qaçırıldığı müəyyənləşib. Bundan başqa Asif Abışovun dövlət tanınma nişanları olmayan "VAZ-2103" markalı sarı rəngli avtomaşını Masallı şəhərində avtomaşınların rənglənmə sexinə rəngləmək üçün verməsi müəyyən edilib. Asif Abışovun anası, Əhmədli kənd sakini Kifayət Məmmədovanın həyətinə baxış zamanı həmin avtomaşına məxsus mühərrik və ehtiyat hissələri aşkar edilərək götürülüb. Habelə Asif Abışovun qayınatası, Şərəfə kənd sakini Təhməz Məmmədovun həyətinə baxış zamanı Xırdalan qəsəbə sakini Rəşid Məmmədova məxsus "BMW" markalı avtomaşın aşkar edilib və avtomaşının mühərrikinin nömrəsinin silinməsi müəyyən edilib. Noyabrın 4-də Asif Abışov "VAZ-2106" markalı qırmızı rəngli avtomaşını Bakı şəhərinin ərazisində idarə edərkən yol hərəkəti qaydalarını pozub və bununla əlaqədar həmin avtomaşın DİN Baş Dövlət Yol Polisi İdarəsinin Göytəpə postunda saxlanılıb. Asif Abışovun tutulması üçün tədbirlər görülür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR