Bank Of Baku

Xuliqanlıq edən Masallı sakini tutulub

Xuliqanlıq edən Masallı sakini tutulub
# 12 noyabr 2007 08:26 (UTC +04:00)
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xuliqanlıq edən 31 yaşlı Elxan Abbasovu saxlayıblar. Bu barədə APA-nın cənub bürosuna məlumat verən RPŞ-nin rəis müavini Rizvan Quliyev bildirib ki, saxlanılan şəxs ayrı-ayrı vaxtlarda rayonun idarə və müəssisələrinə daxil olaraq, rəhbər vəzifəli şəxsləri və işçiləri müxtəlif vasitələrlə hədələyib və onlardan pul alıb. E. Abbasov sonuncu dəfə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Masallı rayon şöbəsinin binasına daxil olaraq ictimai qaydanı kobud sürətdə pozub, idarənin pensiya təyinatı sektorunun aparıcı məsləhətçisi Şirzad Sadıqova qarşı xuliqanlıq hərəkətləri etməklə onu döyüb. Hadisə yerinə çağırılan polis əməkdaşları Elxan Abbasovu intizama dəvət etmək istədikdə, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Rəis müavininin sözlərinə görə, Masallı Rayon Məhkəməsinin qərarı ilə E.Abbasovla bağlı rayon ərazisindən kənara çıxmaması barədə qəti-imkan tədbiri seçilsə də, o, buna məhəl qoymayaraq öz fəaliyyətini davam etdirib. Şübhəli şəxs qismində saxlanılan E. Abbasovun törətdiyi əməllər sübuta yetirilib və onun barəsində Masallı RPŞ-də Cinayət Məcəlləsinin (CM) 221.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR