Bank Of Baku

IRNA-nın direktoru: “Azərbaycanın informasiya agentlikləri ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”

IRNA-nın direktoru: “Azərbaycanın informasiya agentlikləri ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”
# 12 noyabr 2007 08:44 (UTC +04:00)
APA-nın görüşdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, agentliyin direktoru Seyyid Cəlal Fəyyazi IRNA-nın fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, agentlik 73 il əvvəl yaranıb, fars, ingilis, rus, ərəb, fransız, türk, ispan, serb və çin dillərində gün ərzində 2000-dək xəbər yayır. Agentliyin 30 ölkədə bürosu və xaricdə 900 jurnalisti var. IRNA dünyanın 50 agentliyi ilə informasiya və foto mübadiləsi aparır. Siyasi, iqtisadi, mədəni xəbərlər və icmallar yayan agentliyin veb-saytına gündə 4 milyon nəfər daxil olur.
Agentliyin Qərb ölkələri, xüsusilə ABŞ-la bağlı məhdud sayda informasiya yaymasının səbəbləri ilə bağlı suala cavabında direktor ABŞ hökumətinin agentliyin Vaşinqtonda təmsilçilik açmasına icazə verməməsi ilə izah edib: “Biz yalnız Nyu-Yorkun 25 kilometrliyində bir məntəqə qarada bilmişik”.
APA-nın əməkdaşının IRNA-nın Azərbaycan agentlikləri ilə əlaqələrə dair sualını cavablandıran Fəyyazi AzərTAc Dövlət Agentliyi ilə xəbər mübadiləsi apardıqlarını, digər agentliklərin isə xəbərlərindən yaralandıqlarını deyib. O, Azərbaycanın informasiya agentlikləri ilə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını da vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR