Bank Of Baku

“Naxçıvan” gəmisi Kerç boğazında batıb - YENİLƏNİB

“Naxçıvan” gəmisi Kerç boğazında batıb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 12 noyabr 2007 09:11 (UTC +04:00)
Xilasedicilər yalnız “Naxçıvan” gəmisinin üç heyət üzvünü matroslar Aleksandr Qorşkov və Roman Radonskini, aşbaz Anna Reyi xilas etməyə müvəffəq olublar. Hava şəraiti pis olduğundan Ukraynanın “Neptuniya” buksiri adamları sudan çıxarmaqda çətinliklə üzləşib. Qeyd edək ki, Kerç boğazında baş verən fırtına “Volqaneft-139” tankeri və kükürd yüklənmiş 3 gəmi batıb. Metal yüklənmiş Rusiyaya məxsus 2 barj, və Türkiyə ilə Yunanıstana məxsus gəmilər isə sahildə saya oturublar. Hazırda bölgədə xilasetmə işləri davam edir. Azərbaycan Dövlət Dəniz Administrasiyasından APA-ya bildiriblər ki, “Naxçıvan” gəmisi Azərbaycana deyil, Rusiyaya məxsusdur və bu ölkənin bayrağı altında üzür. Gəminin “Naxçıvan” adlandırılması bu nəqliyyat vasitəsinin SSRİ dövründə istifadəyə verilməsi və 40 ildən artıq istismarda olması ilə əsaslandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR