Bank Of Baku

Bərdədə toqquşan 2 “Mercedes”in sürücüsü yoxa çıxıb

Bərdədə toqquşan 2 “Mercedes”in sürücüsü yoxa çıxıb
# 12 noyabr 2007 09:23 (UTC +04:00)
Bərdə şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Yevlax-Ağdam yolunun Bərdə şəhərindəki Nizami küçəsindən keçən hissəsində 10 GF 230 və 10 BK 268 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Qəza nəticəsində birinci avtomobildə olan Bərdə rayonunun Qaradəmirçi kənd sakini, 1991-ci il təvəllüdlü Orxan Nadir oğlu İslamov və ikinci avtomobilin sürücüsü Qabil Fərman oğlu Muradov ağır yaralanıb. O. İslamov hazırda Bərdə Uşaq Xəstəxanasında müalicə olunur. Q. Muradov isə qəzadan dərhal sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, sonradan müəmmalı şəkildə oradan çıxarılıb və hazırda harada olduğu bəlli deyil. 10 GF 230 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə gəlincə, Bərdə RPŞ-nin müstəntiqi Habil Paşayev APA-nın Qarabağ bürosuna bildirib ki, həmin şəxs hadisə yerindən qaçıb. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR