Bank Of Baku

Oğurluqla məşğul olan Şərur və Xanlar sakinləri tutulub

Oğurluqla məşğul olan Şərur və Xanlar sakinləri tutulub
# 12 noyabr 2007 11:54 (UTC +04:00)
Paytaxtdakı mağazadan oğurluq etmiş Şərur rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Araz-Avia” Ticarət Mərkəzində Bakı şəhər sakini Xalidə Fətəliyevaya məxsus mağazadan oğurluq edərkən Şərur sakini Arif Həsənov DİN Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. A. Həsənov sonrakı araşdırmalar aparılması üçün Əzizbəyov RPİ-nin 2-ci polis polis bölməsinə təhvil verilib.
Cəlilabad RPŞ və Xanlar RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Quliyelə birgə oğurluq etmiş Xanlar rayon sakini Alik İsmayılov tutulmuşdur. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Q. Hüseynov, B. Binnnətov və K. Məmmədovanın evlərindən oğurluq etdiyi müəyyənləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR