Bank Of Baku

Gədəbəy və Dəvəçidə yanğın baş verib

Gədəbəy və Dəvəçidə yanğın baş verib
# 12 noyabr 2007 12:04 (UTC +04:00)
Gədəbəy rayonunda yanğın hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Maarif kənd sakini Məmməd Məmmədhəsənova məxsus 2 mərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Nəticədə 3 otağın yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Dəvəçi rayonunun Udlu kənd sakini İslam İbrahimova məxsus 2 mərtəbəli 6 otaqlı evdə də yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Hər 2 faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR