Bank Of Baku

MTN əməkdaşları İsmayıllı meşələrindən radikal vəhhabi qrupuna məxsus daha bir neçə silah götürüblər

MTN əməkdaşları İsmayıllı meşələrindən radikal vəhhabi qrupuna məxsus daha bir neçə silah götürüblər
# 12 noyabr 2007 13:02 (UTC +04:00)
MTN-nin İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qrup üzvləri tərəfindən oğurlanaraq İsmayıllı rayonu ərazisindəki meşəlikdə hazırlanan digər gizli saxlanc yerindən noyabrın 11-də daha 1 “AKM” tipli avtomat, 12 dolu avtomat darağı, 11 əl qumbarası, 11 alışdırıcı və digər hərbi ləvazimatlar aşkar olunaraq götürülüb. Hazırda qrupun digər üzvü Bəxtiyar Orucovun tutulması və işin bütün hallarının araşdırılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək. Xatırladaq ki, MTN-nin yaydığı açıqlamada bildirilib ki, ağır cinayət hadisələrinin törədilməsində təqsirləndirilən 1979-cu il təvəllüdlü, Bakı şəhəri sakini, Müdafiə Nazirliyinin Xanlar rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin zabiti baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal vəhhabi qrupunun digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidmət etdiyi hərbi hissədən 4 avtomat, 1 “PK” əl pulemyotu, 20 əl qumbarası, xeyli sayda güllə və hərbi ləvazimat oğurlayıblar. MTN tərəfindən bu təhlükəli silahlı qrupun tezliklə zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə qrupun üzvləri zərərsizləşdirilib, onlardan 3 “AKM” tipli avtomat, güllə ilə dolu 6 avtomat darağı, 1 “PK” əl pulemyotu və ona aid 2 sandıqça, 7 əl qumbarası, 7 alışdırıcı və digər hərbi ləvazimatlar götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR